Soçidən gələn gəmi səs-küy və etirazlar fonunda Batumi limanını tərk edib
Soçidən gələn Astoria Grande kruiz layneri səs-küy və etirazlar fonunda Batumi limanını tərk edib.
InterPress.ge xəbər verir ki, mitinq iştirakçıları Gürcüstan və Ukraynanın himnlərini ifa ediblər.
Batumi limanına həm sadə vətəndaşlar, həm də müxalifət partiyalarının nümayəndələri toplaşıb. Onlar kruiz laynerinin Soçidən Batumi limanına daxil olmasına etiraz ediblər. Mitinq iştirakçıları “Abxaziya Gürcüstandır”, “Rusiya işğalçıdır”, “Ölkəmizi tərk edin” şüarları səsləndiriblər.
Laynerdən rusiyalı turistlərin gəlişindən və gəmidən Rusiya bayrağının açılmasından sonra etirazlar və səs-küy yaranıb. Eyni zamanda laynerin sərnişinlərindən biri etirazçılara təhqiramiz jestlərlə müraciət edib.
Batumi ilə paralel mitinq Tbilisidə, Gürcüstan parlamentinin qarşısındada keçirilib.


