Aşura Matəm Günü münasibətilə müsəlman məhbuslar üçün ehsan götürməyə icazə verilib
Aşura Matəm Günü münasibətilə müsəlman məhbuslar üçün ehsan götürməyə izn verilib
InterPress.ge xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi Qurban və Ramazan bayramlarında olduğu kimi, bu ildən etibarən əlavə olaraq Aşura matəm günü ilə əlaqədar müsəlman məhbuslar üçün ehsan məqsədi ilə yeməklərin qəbulu ilə bağlı xüsusi penitensiar xidmətə müraciət edib.
Adı keçən aidiyyatı qurum Müsəlmanlar İdarəsinin müraciətinə müsbət cavab verərək, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 28 və 31 iyul tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrinə buraxılmasına icazə verib.
Məhərrəm ayı ilə əlaqədar icazə verilən qidaların siyahısı:
1. Soyutma ət - 3 kq.
2. Plov - 2 kq.
3. Pendir - 2 kq.
4. Üzüm qurusu əlavə olunmuş tort-keks.
5. Qızardılmış və soyutma toyuq əti.
6. Xiyar-pomidor 3 - kq.
7. Meyvə - 5 kq.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi müsbət cavab və qərara görə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar xidmətinə təşəkkür edir.


