26 
Iyl
2023
14:28
952

Kazbegi, Tbilisi və Kutaisi hava limanlarında külli miqdarda bəyan edilməmiş pulların ölkəyə gətirilməsinin qarşısı alınıb

“Kazbegi”, “Tbilisi Hava Limanı” və “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqələrində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında vətəndaşların həm fiziki, həm də şəxsi çantalarında yoxlama aparıblar, nəticədə 122 300 ABŞ dolları, 5 680 000 Rusiya rublu, 2 407 000 erməni dramı və 11 775 lari aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gəlirlər Xidməti məlumat verib.

Qurumun məlumatına görə, bəyan edilməmiş pulların ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 507 646,96 lari təşkil edib.

“Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Gürcüstan və Belarus vətəndaşları sanksiya qismində ümumilikdə 27 595 722 lari məbləğində cərimə edilib, həmin maddənin üçüncü hissəsinə əsasən qanunu pozan Rusiya vətəndaşının bəyan edilməmiş malları sanksiya kimi müsadirə edilib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər