25 
Iyl
2023
20:50
834

Gürcüstanda 28 iyuladək hava şəraiti belə olacaq

İyulun 26-dək Gürcüstanda arabir şimşək çaxacağı, yağış yağacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu yağacağı ehtimalı var.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, iyulun 26-27-də Qərbi Gürcüstanda yağmursuz hava şəraiti gözlənilir, iyulun 27-də havanın temperaturu +37, +39 dərəcəyə çata bilər.

“İyulun 28-də yenidən yağış yağacaq, sərinləşəcək. İyulun 29-dək Şərqi Gürcüstanda bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu +30, +35 dərəcə təşkil edəcək. İyulun 25-26-da Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

İyulun 28-də hava isti və küləkli olacaq”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər