25 
Iyl
2023
10:15
825

Valyutadəyişmə məntəqəsində saxta dollar satan şəxslər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta valyuta satmaq faktı üzrə iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qabaqcadan razılıq əldə edərək, qanunsuz maddi gəlir əldə etmək məqsədilə Kutaisi şəhərində yerləşən valyutadəyişmə məntəqələrində saxta valyuta satıblar.

İstintaq tədbirləri nəticəsində 650 ABŞ dolları məbləğində 13 ədəd saxta 50 dollarlıq əskinas aşkar edilərək götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər