24 
Iyl
2020
17:39
1509

Qubernator Qaracalar kəndinin bağlanması ilə bağlı açıqlama verdi - "bağlamağa məcbur qaldıq"

"Qaracalar kəndinin bağlanması məcburi addım idi".

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili deyib.

“Bu mərhələdə Qaracalar kəndi bağlandı. Ümid edirəm növbəti dəfə ciddi məhdudiyyətlərin qoyulmasında heç bir səbəb yaranmayacaq. Dünənki statistikaya daha 4 nəfər virusdaşıyıcı əlavə olundu. Bu kəntdə bütünlükdə 23 koronavirusun yeni halı qeydə alınıb. Qardabanın müxtəlif kəndlərində isə ümmi cəmdə 43 yeni hal təsdiq edilib.

Təəssüflər olsun ki, Qamarcveba kəndində 1 hal qeydə alınıb. Qamarcvebada, Ağtəhlə və Qaratəhlədə hal-hazırda epidemioloqlar işləyir. Tək Qaracalar kəndində 2 epideioloji qrup çalışır. Qaracaların bağlanması məcburi addım idi. Biz bu vaxt ərzində çox çalışdıq ki, testləşmə prosesinə daha çox insan qatılsın. Əsas məqsədimiz odur ki, virusdaşıyıcıları tez zamanda aşkar edilsin və onlara vaxtında müdaxilə edək və lazımi tədbirləri görək ki, virus bu bələdiyyədə geniş yayılmasın. Biz ehtimal edirdik ki, 700 ədəd test edəcəyik lakin 200-ə çata bilmədik. İnformasiya xarakterli kompaniya həyata keçirilir. İlk növbədə biz yerli ticarətçiləri, qida mağazalarında çalışanları və ət distribütorlarını testdən keçiririk” , - deyə Kvemo Kartli qubernatoru bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər