Polşada 2 nəfəri yaralayan Gürcüstan vətəndaşı saxlanılıb
İyulun 16-da Polşa polisi 2 nəfəri bıçaqlayan 25 yaşlı Gürcüstan vətəndaşını saxlayıb. Polşa məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.
“Mühacirlərin hücumu bazar günü, iyulun 16-da baş verib. Saat 21:00-da Jirardovdakı poviat polis idarəsinin növbətçisinə səyahət xidmət sahəsinin Krze Duje (MOP) kəndində iki nəfərin yaralanması barədə məlumat daxil olub. Polis dərhal hadisə yerinə gəlib. Məlum olduğu kimi, iki nəfər yaralanıb, onların tibbi yardıma ehtiyacı olub və dərhal xəstəxanaya aparılıb”, - Polşa polisinin açıqlamasında bildirilib.
Məlumata görə, cinayətkar hadisə yerindən qaçaraq gizlənib, lakin polis tezliklə şübhəli bilinən 25 yaşlı gürcü gənci və ona kömək edən dostunu tutub.
Jirardov Rayon Məhkəməsi son hökm çıxarılana qədər gürcü barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Gəncə qarşı Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsi ilə sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Onu ən azı 3 il həbs gözləyir.
Polşa mediası Polşada mühacirlərin törətdiyi cinayətlərin sayının artmasından narahat olduğunu bildirib və yazıb: “Polşada nə qədər çox mühacir varsa, bu cür hücumlar bir o qədər çox olacaq. Sivilizasiya səviyyəsində polyaklardan daha aşağı səviyyədə olan şərq xalqları bu tip təcavüzü xüsusilə bıçaq və ya pala kimi primitiv silahlardan istifadə etməklə göstərirlər. Təəssüf ki, Varşava hakimiyyəti Qərbi Avropanın artıq buraxdığı səhvləri ehtiyatsızcasına təkrarlayır. Eyni zamanda, polisin bu dəfə cinayəti törədənin milliyyətini gizlətməməsi bizi sevindirir”.


