23 
Iyl
2023
15:34
451

Tbilisidə silahlı atışma olub

Tbilisinin Leonidze küçəsində avtomobildən atəş açılıb.

InterPress.ge xəbər verir ki, hadisə ötən gün baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, axşam saatlarında iki nəfər bir neçə dəfə atəş açıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı inzibati icraata başlanılıb. Qurum qeyd edib ki, adıçəkilən şəxslərin şəxsiyyəti müəyyən edilib və pnevmatik silah götürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər