Bu il Gürcüstana ən çox hansı ölkələrin vətəndaşları səfər edib?
Bu ilin yanvar-iyun aylarında Gürcüstana 2 860 117 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) – 330,600, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 2,529,517 olub.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.
Administrasiyadan verilən məlumata görə, cari ilin 1-ci yarısında beynəlxalq səyahətçilərin səfərləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,9% artıb və bu, pandemiyadan əvvəlki 2019-cu ilin analoji göstəricisindən -26% geri qalıb.
2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:
Türkiyə - 582 527 ziyarətçi;
Rusiya - 577 632 ziyarətçi;
Ermənistan - 397 116 ziyarətçi;
İsrail - 106 530 ziyarətçi;
Azərbaycan - 85 777 ziyarətçi;
Ukrayna - 67 040 ziyarətçi;
Qazaxıstan - 57 771 ziyarətçi;
İran - 50 932 ziyarətçi;
Belarusiya - 44 570 ziyarətçi;
Polşa - 36 103 ziyarətçi;
Hindistan - 35 140 ziyarətçi.
Almaniya - 25 020 ziyarətçi;
Özbəkistan - 20 250 ziyarətçi;
ABŞ - 18 359 ziyarətçi;
Filippin - 15 484 ziyarətçi.


