Gömrükdə 152 241 lari dəyərində qızılın qanunsuz olaraq Gürcüstana keçirilməsinin qarşısı alınıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə razılaşdırmaqla həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində gömrük qaydalarını pozmaqla, xüsusilə külli miqdarda malların Gürcüstanın gömrük sərhədinə keçirilməsi faktını aşkar edib və buna görə əcnəbi vətəndaş tutulub.
InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat verib.
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gömrük nəzarətindən gizli şəkildə “Sadaxlı-Avtomobil” gömrük-keçid məntəqəsindən Gürcüstanın gömrük sərhədinə ümumi gömrük dəyəri 152 241 lari olan 935 qram qızıl məmulatı gətirib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə aparılır”, - istintaq Xidmətinin bəyanatında deyilir.


