Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ institutu: “Ukrayna ordusu Baxmut istiqamətində 1,8 km irəliləyib”

308
ABŞ institutu: “Ukrayna ordusu Baxmut istiqamətində 1,8 km irəliləyib”
Dinləmək üçün basın

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin cənub cinahı istiqamətində 1,8 km irəliləyib.

InterPress.ge “UNIAN”a istinadən xəbər verir ki, bu barədə ABŞ-n Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Bildirilib ki, rusiyalı blogerlər də Baxmutun şimal cinahında Ukrayna qoşunlarının irəlilədiyini təsdiqləyiblər.

“Rusiya hərbi komandanlığı Ukraynanın bölgədəki hücumlarından qorunmaq məqsədi ilə Baxmut bölgəsinə çoxlu sayda qüvvə cəmləşdirib”, - institutdan qeyd olunub.

Amerikalı təhlilçilərin hesablamalarına əsasən, Ukrayna Silahlı Qüvvələri Orexovdan cənuba və cənub-şərqə gündə təxminən 100 metr irəliləyir.

Qeyd edək ki, Orexov Ukraynanın Zaporojye vilayətinin şəhəridir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →