20 
Iyl
2023
11:05
742

Polis "oğru dünyası" ilə əlaqəsi olan 3 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin və həmin idarənin Çiatura rayon bölməsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 3 nəfəri hakimin qərarı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunan “kriminal avtoritetlər” qrup şəklində hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıblar: 1994-cü il təvəllüdlü K.K., həmçinin iki fərqli "qanuni oğru"nun ailə üzvləri - 1978-ci il təvəllüdlü M.A. (“Teofiliçi” ləqəbli) və 1968-ci il təvəllüdlü B.D. (“Qrişiçi” ləqəbli).

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər keçmişdə yaranmış fikir ayrılıqları əsasında 1997-ci il təvəllüdlü Q.N.-dən konkret məbləğdə pul tələb ediblər.

Həmçinin təqsirləndirilən şəxslərdən biri olan M.A.-nin göstərişi ilə B.D. və K.K. adıçəkilən şəxslə görüşüb, M.A. həmin şəxslə mobil telefonla əlaqə saxlayıb. Təqsirləndirilən şəxslər ondan 1000 ABŞ dolları tələb ediblər, əks halda onun sağlamlığına zərər vurmaqla, həyatına son qoymaqla hədələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri intensiv istintaq tədbirləri və xüsusi əməliyyat tədbiri nəticəsində hər üç şəxsi İmeretidəki evlərində tutulublar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi ilə aparılır. Cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər