24-27 iyul tarixlərində Gürcüstanın bəzi bölgələrində qısa müddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi ərazilərdə və düzənliklərdə +28, +33 dərəcə olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyi tərəfindən məlumat verilib.
Tbilisidə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu +32, +34 dərəcə olacaq.
