18 
Iyl
2023
22:38
423

ABŞ Ukraynaya yeni yardim paketi təsdiqləyəcək

ABŞ Ukraynaya 1,3 milyard dollar məbləğində hərbi yardım paketi verəcək. 

InterPress.ge xəbər verir ki, b u barədə “Reuters” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın bir neçə gün ərzində yeni hərbi yardım paketi elan oluna bilər.

Buraya hava hücumundan müdafiə avadanlığı, pilotsuz uçuş əleyhinə sistemlər, partlayıcı qurğular və döyüş sursatlarının daxil olacağı gözlənilir.

Xüsusilə, söhbət ABŞ-ın bu ilin yanvarında istehsalçıdan sifariş etdiyi VAMPIRE anti-drone sistemlərindən; Phoenix Ghost və Switchblade dronları, həmçinin Avstraliyanın DroneShield şirkətinin "əhəmiyyətli sayda pilotsuz uçuş əleyhinə sistemləri", radarlar, sensorlar və analitik sistemlərindən gedir. 

Sözügedən paket ABŞ prezidentinin administrasiyasına sənayeçilərdən silah almağa imkan verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində verilir ki, onlar Amerika ordusunun anbarlarından köçürülməsin.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər