18 
Iyl
2023
19:08
687

3 ölkədə güclü meşə yanğını baş verib

Yanğınsöndürənlər Avropada güclü istilərin səbəb olduğu meşə yanğınları ilə mübarizə aparır, ərazilər, binalar yanır, minlərlə insan təxliyə edilir.

InterPress.ge xəbər verir ki, İspaniyanın La Palma adasında, Yunanıstanda və İsveçrədə yanğınlarla mübarizə aparılır.

İsveçrənin cənubunda meşə yanğınının qarşısını almaq üçün davam edən işlərə yüzdən çox yanğınsöndürən cəlb olunub. Ötən gün Bitçi kəndi yaxınlığında baş verən yanğın güclü külək səbəbindən sürətlə yayılıb. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı kəndlərin 200-dən çox sakini təxliyə edilib. Hazırda 100 hektar sahədə, avtomobillərin çətin keçdiyi yerlərdə yanğın davam edir.

Yunanıstan meşə yanğınları ilə mübarizədə Aİ ölkələrindən kömək istəyib və blok İtaliya və Fransadan ölkəyə 4 təyyarə göndərmək qərarına gəlib.

İtaliyada da güclü istilər qeydə alınır. Sardiniya adasında isə temperaturun 46 dərəcə Selsi olacağı gözlənilir. Sinoptiklərin proqnozlarına görə, İtaliyanın bəzi bölgələrində həddindən artıq istilər daha 10 gün davam edə bilər.

Ötən gün ölkənin cənubunda temperatur 44 dərəcə Selsiyə çatan İspaniyada da güclü istilər var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər