Qara Dənizdə istirahət etmək istəyənlərin nəzərinə!
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin iyulun 6 və 10-da apardığı monitorinqlərin nəticələrinə əsasən, Qara dəniz sularından götürülmüş nümunələrdə müəyyən edilmiş 59 parametr norma daxilindədir.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata görə, Qara dənizdə 13 ağır metalın, ümumi neft karbohidrogenlərinin, 16 poliaortik karbohidrogenlərin və digər fiziki-kimyəvi göstəricilərin konsentrasiyası müəyyən edilib.
Məlumatda qeyd edilib ki, Milli Ətraf Mühit Agentliyi 9 stansiyada 10 gündə bir dəfə Qara dənizin suyunun keyfiyyətinə nəzarət edir.
“İyulun 10-dan stansiyaların sayı artıb və Anaklia-Qanmuxuri ərazisində 3 yer əlavə edilib.
Toplanmış nümunələr analiz üçün agentliyin yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunmuş, müasir tələb və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizləri üzrə akkreditə olunmuş laboratoriyasına göndərilir.
Maraqlanan şəxslər üçün məlumatlar açıq və şəffafdır”, - məlumatda qeyd olunub.


