18 
Iyl
2023
12:28
418

15 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 4 nəfər girov zəminində sərbəst buraxılıb

Məhkəmə Poniçalada 15 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 4 nəfəri girov zəminində sərbəst buraxıb.

InterPress.ge xəbər verir ki, bu barədə təqsirləndirilən şəxslərin vəkili Dimitri Natsvlişvili açıqlama verib.

Onun sözlərinə görə, azyaşlı üçün 3 min lari, böyüklər üçün 25 min lari, iki nəfər üçün 15-15 min lari məbləğində girov təyin edilib.

 “Məhkəmə onların ilk dəfə məsuliyyətə cəlb olunmasını, könüllü olaraq polis qarşısına çıxmasını və tam ifadə verməsini nəzərə alıb və prokurorluğun vəsatəti, həbslə razılaşmayıb”, – Dimitri Natsvlişvili “Rustavi 2”yə danışarkən deyib.

Prokuror Şota Baramiyanın sözlərinə görə, ittiham tərəfi qərarla razı deyil və apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Poniçalada oğlan azyaşlı əmisi qızını onunla evlənmək üçün qaçırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər