17 
Iyl
2023
17:18
456

Gürcüstanın Baş naziri ilə Özbəkistan Respublikasının Baş naziri arasında geniş tərkibdə görüş keçirilib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov arasında geniş tərkibdə görüş keçirilib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Onların verdiyi məlumata görə, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar davam etdirilib.

Tərəflər Gürcüstan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Ölkələr arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb.

“Gürcüstanın baş naziri özbək həmkarına Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü, eləcə də Gürcüstanın işğal olunmuş ərazilərinə münasibətdə tanınmamaq siyasətini dəstəklədiyinə görə təşəkkür edib.

Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. O, Gürcüstan və Özbəkistan Respublikasının sabit ticarət tərəfdaşları olduğunu və bu istiqamətdə ölkələr arasında daha çox potensialın olduğunu qeyd edib. Onlar Özbəkistanın Gürcüstana müxtəlif sahələrdə investisiya imkanlarından danışıblar.

Geniş tərkibdə görüşdən sonra Gürcüstan və Özbəkistanın baş nazirləri Gürcüstan və Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafı üzrə birgə praktiki tədbirlər üzrə 2023-2024-cü illər üçün fəaliyyət planını imzalayıblar.

Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Gürcüstan-Özbəkistan İşgüzar Şurasının yaradılması ilə bağlı saziş də imzalanıb. Sənədi Özbəkistan Respublikası tərəfindən Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaia, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov imzalayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər