Bu gün Gürcüstanın bəzi rayonlarında yağışlı və küləkli hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklər iyulun 18-dən 20-dək havanın isti və yağmursuz keçəcəyini proqnozlaşdırırlar.
“İyulun 17-də Gürcüstanın bəzi rayonlarında yağışlı və küləkli hava şəraiti davam edəcək. İyulun 18-20-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +32, +34 dərəcə təşkil edəcək.
Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində havanın temperaturu +32, +34 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.
