17 
Iyl
2023
12:08
498

Salam platforması yeni kampaniyaya start verib

Salam platforması yeni #BirçantaBirÜmid adlı kampaniyaya start verib.

InterPress.ge-nin xəbərinə görə, kampaniyanın əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqlara yeni tədris ili üçün məktəb ləvazimatları ilə dolu çanta hədiyyə etməkdir. 

Təşkilat bildirib ki, məqsədləri təhsil imkanlarını ucqar kəndlərdə yaşayan uşaqlar üçün daha əlçatan etmək, uşaqlarda təhsilə marağı artırmaqdır.

"İnanırıq ki, uşaqlar bərabər şərtlər ve şəraitlər altında yeni təhsil ilinə başlasalar, dərslərində daha həvəsli və daha uğurlu olacaqlar", - deyə bildirilib.

Maraqlı şəxslər üçün hesab nömrəsi:

GE30TB7941536080100009 

Qeyd edək ki, Salam platforması 2019-cu ildən bəri fəaliyət göstərir və bir çox bu kimi kampaniyalar və layihələr təşkil edilib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər