16 
Iyl
2023
17:56
370

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kursları başa vuran şəxslərə sertifikatlar təqdim edilib - FOTO

15 iyul tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində altı aydır ki, davam edən gürcü dili və ingilis dili kursları başa çatıb.

InterPress.ge xəbər verir ki, kursları uğurla bitirənlərə sertifikatlar təqdim edilib.

Mərkəzin icraçı direktoru Rezo Həsənov ilk olaraq qonaqları,müəllimləri və şagirdləri salamlayaraq bildirib ki, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" artıq iki ilə yaxındır ki, öz fəaliyyətini uğurla davam etdirir.

Bu günə kimi mərkəzdə ödənişsiz şəkildə həyata keçirilən kurslardan beş yüz nəfərə yaxın şəxs faydalanıb, onların içərsində şagirdlər,tələbələr,müəllimlər və digər şəxslər olub.

Bildirilib ki, mərkəz bütün imkanlarından maksimum istifadə edərək gələcəkdə də, gənclərin daha aktiv və təhsilli olmaları üçün çalışacaq.

Daha sonra söz müəllimlərə və valideynlərə verilib. Onlar çıxışlarında xüsusi olaraq qeyd ediblər ki, Bolnisi rayonunda belə bir mərkəzin olması çox önəmli bir haldır, kursların və hüquq xidmətlərinin, davam etdirilməsini arzulayıblar.

Qeyd edək ki, 60 nəfərdən çox müdavim kursları uğurla bitirərək müxtəlif dərəcəli sertifikatlar alıblar, ümumi olaraq isə 105 nəfər imtahanlarda iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər