24 
Iyl
2020
10:41
4000

Qardabaninin Qaracalar kəndi bağlandı - VİDEO

Qardabani Bələdiyyəsinin Qaracalar kəndində karantin məhdudiyyəti qoyuldu.

InterPress.ge xəbər verir ki, müvafiq qərar İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edildi.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, artıq kəndin giriş və çıxışında nəzarət-buraxılış məntəqələri qurulub.

"Kəndin girişində və çıxışında nəzarət məntəqələri qurulub. Burada Daxili İşlər Nazirliyinin əməkdaşları karantin məhdudiyyətlərinə 24 saat ərzində nəzarət edəcəklər.

Hüquq mühafizəçiləri eyni zamanda mobil qruplar tərəfindən daim nəzarətdə saxlanılan kəndə gedən yollara da nəzarət edirlər.

Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi və təhlükəsizliyi qorumaq üçün kəndi intensiv şəkildə patrul edirlər.

Hüquq mühafizəçiləri yerli əhaliyə karantin məhdudiyyətləri barədə məlumat verir və lazım olduqda onlara kömək edirlər.

Gürcüstan ərazisindəki bütün şəxslər, səhiyyə sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə riayət etməyə borcludurlar" - Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər