14 
Iyl
2023
16:27
308

Jurnalistin peşə fəaliyyətinə müdaxilə edən şəxs tutuldu

Xüsusi İstintaq Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əldə edilmiş sübutlar əsasında jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə və zorakılıq göstərmək faktları üzrə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat verib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 2023-cü il iyulun 6-da “Formula” televiziyasının operatoru Saqarecoda peşə fəaliyyətini yerinə yetirirərkən təqsirləndirilən M.Ş. jurnalistin peşə fəaliyyətinə mane olmaq məqsədilə ona fiziki təzyiq göstərib. Həmçinin “Rustavi 2”nin jurnalisti Natia Tsilauri və “Mtavari Axi”nin jurnalisti İa Quliaşviliyə öz fəaliyyətlərini həyata keçirmək və süjeti lentə almaq imkanı verilməyib.

Xüsusi İstintaq Xidmətinin əməkdaşları M.Ş.-ni Gürcüstan Cinayət Məcəlləsinin 154 və 126-cı maddələri ilə nəzərdə tutulan cinayəti törətdiyinə görə tutub.

Bizimlə əlaqə saxlayın