Tbilisidə etnik azlıqların cəlb edilməsi və gücləndirilməsi prosesində gənclərin həlledici roluna həsr olunmuş gənclər formu keçirilib - VİDEO
İyulun 14-də “Qırmızı Körpü” etnik azlıqların cəlb edilməsi və gücləndirilməsi prosesində gənclərin həlledici roluna həsr olunmuş gənclər forumunda iştirak edib.
InterPress.ge xəbər verir ki, “Qırmızı Körpü” təşkilatın məqsəd və fəaliyyətini gənclər, beynəlxalq və yerli təşkilatların nümayəndələri, universitetlər və media ilə bölüşüb.
Bundan əlavə, 6 aylıq vətəndaş və media savadlılığı kursunun nəticələri haqqında məlumatlar bölüşülüb. Bu məlumatlara əsasən, iki tələbə Gürcüstan parlamentində, iki nəfər mərkəzi KİV-də işlə təmin olunacaq, onlardan ikisi “İavnana ” fondundan aylıq təqaüd alacaq, beş nəfər isə əlavə təlim keçərək təlimçi sertifikatı alacaq.
Artıq sentyabr ayından UNDP-in dəstəyi ilə mülki inkişaf məktəbinin ikinci mərhələsi, Qafqaz və İliya dövlət Universitetinin dəstəyi ilə isə gürcü dili kursları başlayacaq.
Tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Norveç hökuməti və Avropa İttifaqının dəstəyi ilə keçirilib. Forumun təşkilinə iki qeyri-hökumət təşkilatı, “Qırmızı Körpü” və “Yeni Fikir İnstitutu” cəlb olunub.


