14 
Iyl
2023
12:56
297

Gürcüstanda üç ay ərzində qadınlara qarşı 207 zorakılıq faktı qeydə alınıb

Gürcüstanda bu il yanvarın 1-dən martın 31-dək qadınlara qarşı 207 zorakılıq faktı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, müvafiq statistika Daxili İşlər Nazirliyinin saytında dərc olunub.

Zorakılıq hallarından 32-si fiziki xarakterli olub, ən çoxu - 168 halda qadınlara qarşı psixoloji zorakılıq qeydə alınıb. Hesabat dövründə 4 cinsi zorakılıq, 3 məcburetmə faktı qeydə alınıb.

Bundan başqa, cari il yanvarın 1-dən martın 31-dək qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə 183 çəkindirici order yazılıb. Həmin dövrdə Gürcüstanda zorakılığa məruz qalan qadınların sayı 179 nəfər olub ki, onlardan ən çoxu, 111-i Tbilisidə qeydə alınıb.

Statistik rəqəmlərdən aydın olur ki, zorakılığa məruz qalan qadınlar daha çox 25-44 yaş arasındadır. Hesabat dövründə qeyd olunan yaş kateqoriyasında qadınlara qarşı 112 zorakılıq faktı qeydə alınıb. Burada qeyd edək ki, zorakılıq edən kişilərin böyük hissəsi 25-44 yaş kateqoriyasına aiddir.

Bizimlə əlaqə saxlayın