Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə əlaqəsi olan 13 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Cinayətkarlar Dünyasına qarşı Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Kutaisi və Svanetidə 13 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə məlumat verilib.
Polis 1965-ci il təvəllüdlü İ.K., 1994-cü il təvəllüdlü Z.Ç., 1996-cı il təvəllüdlü A.F., 1973-cü il təvəllüdlü Q.F., 1995-ci il təvəllüdlü M.Q., 1989-cu il təvəllüdlü D.K., 1993-cü il təvəllüdlü S.B., 1968-ci il təvəllüdlü Q.A., 1990-cı il təvəllüdlü D.Z. (“Kera” ləqəbli), 1985-ci il təvəllüdlü Q.K., 1973-cü il təvəllüdlü K.V., 1977-ci il təvəllüdlü P.Z. və 2000-ci il təvəllüdlü A.Z. –ni hakimin hökmü əsasında “oğru dünyasına üzv olmaq”, “oğru dünyanın fəaliyyətinə dəstək vermək” və “oğru dünyanın üzvünə müraciət etmək” ittihamı ilə saxlayıb.
İş üzrə aparılan kompleks istintaq tədbirləri ilə adıçəkilən şəxslərin müxtəlif cinayət əməllərində fəal iştirak etdikləri müəyyən edilib.
Axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlarını sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü Prima maddəsinin birinci hissəsi, 223-cü Tertia maddəsinin 2-ci hissəsi və 223-cü Kvarta maddəsinin 1-ci hissəsi ilə aparılır.
Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.


