Georgian Wings Tbilisi-Batumi-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır
28 iyul 2023-cü il tarixində Gürcüstanın Geosky aviaşirkətinin sərnişin marşrutu olan Georgian Wings Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə ilk sərnişin reysini həyata keçirəcək.
InterPress.ge-nin xəbərinə görə, 70 sərnişin üçün nəzərdə tutulan təyyarə həftədə 12 dəfə sərnişinlərə xidmət göstərəcək.
Aviabiletləri bu gündən bilet kassalarından və turizm agentliklərindən, iyulun 15-dən isə Georgianwings.com rəsmi saytı vasitəsilə əldə etmək olar.
Qiymətlərə gəlincə, şirkətdən verilən məlumata görə, Tbilisi-Batumi marşrutu üzrə qiymətlər 150 laridən başlayacaq.
Georgian Wings nümayəndəsinin sözlərinə görə, “Turizm bazarında yüksək tələbat səbəbindən aviaşirkət ilk istiqamət kimi daxili reyslərə diqqət yetirməyə və sərnişinlərə Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə cəmi 55 dəqiqəlik uçuş müddəti ilə gündəlik uçuşlar təklif etməyə qərar verib".
Qeyd edək ki, Tbilisi Beynəlxalq Hava Limanından Batumiyə birbaşa müntəzəm reysləri yalnız Georgian Wings aviaşirkəti təklif edir.


