Çeçenistan Respublikasının nəqliyyat naziri Ramzan Çerxiqov “Azimut” aviaşirkətinin icraçı direktoru Eduard Teplitski ilə görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı yerli media yayıb.
“Biz bir sıra gələcək layihələri, o cümlədən həm ölkə daxilində, həm də xaricə uçuşlar sahəsinin artırılmasını müzakirə etdik. Söhbət Tbilisi, Soçi, Volqoqrad və Cidaya birbaşa uçuşlardan gedir”, - Çerxiqov bildirib.
Onun sözlərinə görə, bu planın həyata keçirilməsi Respublika əhalisinin rahatlığını təmin etməklə yanaşı, turizm sektorunun inkişafına da öz töhfəsini verəcək.
