11 
Iyl
2023
10:39
350

İstintaq xidməti külli miqdarda saxta valyuta satmaq faktı üzrə bir nəfəri tutub

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat- istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyuta satmaq faktı üzrə bir nəfər saxlanılıb.

InterPress.ge məlumatı istintaq xidmətinə istinadən yayır.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə 2023-cü ilin iyul ayının əvvəlində şəxslərdən birinə külli miqdarda saxta valyuta satıb.

“Aparılmış istintaq tədbirləri nəticəsində 8850 ABŞ dolları dəyərində saxta 50 və 100 dollarlıq əskinaslar aşkar edilərək götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın