10 
Iyl
2023
23:59
738

Kutaisi hava limanının fəaliyyətini müvəqqəti dayandırmasına səbəb nə oldu? - AÇIQLAMA

Kutaisi Beynəlxalq Hava Limanı müvəqqəti olaraq fəaliyyətini dayandırır. 

InterPress.ge xəbər verir ki, bu barədə Kutaisi Beynəlxalq Hava Limanı məlumat yayıb.

Hava limanından verilən məlumata görə, hava limanının fəaliyyəti iyulun 11-i saat 07.00-dək dayandırılacaq.

Aeroportun fəaliyyətinin ləngiməsinə səbəb Qərbi Gürcüstanda pis hava şəraitidir. 

“Güclü yağış səbəbindən hava limanının sərnişin terminalının fəaliyyəti dayandırılıb.

Bu mərhələdə bütün təhlükəsizlik tədbirləri görülüb, Kutaisi Beynəlxalq Hava Limanında nəzərdə tutulan reyslər Tbilisi Beynəlxalq Hava Limanına yönləndirilib.  Mütəxəssislər qrupu hava limanının ərazisində fəal işləyir - yerlərdə mövcud vəziyyəti öyrənir. Gürcüstan Hava Limanları İttifaqı prosesdə tam iştirak edir və operativ şəkildə əhalini məlumatlandıracaq”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər