Batumi-Çakvi yolundakı tuneldə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, xəsarət alanlar arasında üç uşaq da var, onlar Batumi ana-uşaq tibb mərkəzinə yerləşdirilib, bir yaralı isə “Medcenter” klinikasına yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza mərkəzi magistral yolda baş verib. Bir neçə avtomobil bir-biri ilə toqquşub.
Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində mərkəzi yolda nəqliyyatın hərəkəti dayandırılıb.
