09 
Iyl
2023
21:19
387

Fransa Ukraynaya yeni hərbi yardım paketləri hazırlayır

Fransa Ukraynaya yeni hərbi yardım paketləri hazırlayır.

InterPress.ge xəbər verir ki bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna bildirib.

"Yeni hərbi yardım hazırlanır, çünki biz daim Ukraynanın təcili ehtiyaclarını nəzərdən keçiririk", - Kolonna bildirib.

Onun sözlərinə görə, Fransa Ukraynaya dəstəyini davam etdirəcək və gücləndirəcək.

“Fransa dəfələrlə bəyan edib ki, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qorunmasını təmin etmək üçün lazım olan müddətdə ona dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək qərarımıza heç kim şübhə etməməlidir”, - Kolonna vurğulayıb.

Ukraynanın NATO-ya qoşulmazdan əvvəl təhlükəsizlik təminatlarına gəlincə, Kolonna qeyd edib ki, Fransa tərəfi Vilnüs sammitinin “uzunmüddətli perspektivdə alyansın dəstəyinin möhkəmlənməsini təmin edəcəyini” gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər