08 
Iyl
2023
15:26
408

"Prayd Festivalı"nın keçiriləcəyi yerdə evakuasiya baş tutdu

Homofobik və zorakı qrupun üzvləri polis kordonunu yarıb "Prayd festivalı"nın keçiriləcəyi və təşkilatçılarının olduğu yerə getməyə çalışıblar.

InterPress.ge xəbər verir ki, ərazidə vəziyyət son dərəcə gərginləşib.

"Ərazini tərk etməli olduq. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini qoruya bilmədilər. Evakuasiya taksilər vasitəsilə həyata keçirilir", - deyə Tbilisi Pride-nin bəyanatında deyilir.

Bildirilib ki, hücum edənlər polis kordonunu yarıb festivalın keçirildiyi yerə yaxınlaşdıqdan sonra onlar ərazini tərk etməli olublar.

Tbilisi Pride-nin direktoru Mariam Kvaratsxelia Facebook-da vətəndaşları festivalın keçirildiyi əraziyə getməməyə çağırıb: "Festival ərazisindən evakuasiya baş tutdu. Heç kim xəsarət almayıb", - o yazıb.

 

Bizimlə əlaqə saxlayın