06 
Iyl
2023
15:43
2164

Marneulidə doğum zamanı 19 yaşlı gənc ana həyatını itirib - Valideynləri həkimləri günahlandırır

İyulun 4-də Bəylər kənd sakini 19 yaşlı Təranə Qəhrəmanova dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, o, may ayının 4-də Marneulidə yerləşən Geo-Hospitals klinikasına müraciət edib.

Yaxınlarının verdiyi məlumata görə, qadın xəstəxanaya yerləşdikdən sonra halı pisləşib, həkimlər ailəyə heç bir məlumat vermədən əməliyyat ediblər. Mərhumun qayınatası Kamandar Qəhrəmanov InterPress.ge-yə bildirib ki, gəlininin heç bir sağlamlıq problemi olmayıb və həkim diqqətsizliyindən dünyasını dəyişib.

Mərhumun anası Rəna Sadıqova həkimlərin cəzalandırılmasını tələb edir. 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər