İyulun 6-7-də Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu bəzi yerlərdə +35, +37 dərəcəyədək yüksələcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 8-9-da havanın temperaturu +25, +30 dərəcəyədək düşəcək, şimşək çaxacağı yağış gözlənilir.
“Şərqi Gürcüstanda iyulun 10-dək yüksək temperatur (+30, +35 dərəcə) olacaq. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Tbilisidə yalnız iyulun 7-də hava şəraitinin yağmursuz keçəcəyi, qalan günlərdə gündüz qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək”, - məlumatda bildirilir.
