Atasını bıçaqlayaraq öldürən gənc saxlanıldı
Daxili İşlər Nazirliyi Kaxetidə ailə üzvünü qəsdən öldürməkdə təqsirli bilinən 20 yaşlı gənci saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Onların sözlərinə görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Siğnaği bələdiyyəsinin Anaqa kəndində atası 1964-cü il təvəllüdlü M.T.-yə soyuq silahla xəsarət yetirib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.
Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb. Ailə üzvünün qəsdən öldürülməsi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə istintaq davam etdirilir.


