2023-cü ilin mart ayınadək Gürcüstanda soyuq silah gəzdirmə ilə bağlı isə 10 625 fakt qeydə alınıb
2020-ci ildən 2023-cü ilin martınadək yetkinlik yaşına çatmayan şəxsə soyuq silah satışı ilə bağlı cəmi bir, soyuq silah gəzdirmə ilə bağlı isə 10 625 fakt qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
2022-ci ildə yetkinlik yaşına çatmayan şəxsə soyuq silah satışı ilə bağlı yalnız bir fakt qeydə alınıb, 2020, 2021 və 2023-cü ilin yanvar-mart aylarında isə qeydə alınmayıb.
Bundan əlavə, rəsmi məlumata görə, 2020-ci ildən 2023-cü ilin mart ayına qədər olan dövrdə soyuq silah gəzdirmə ilə bağlı ümumilikdə 10625, o cümlədən 2020-ci ildə 2307; 2021-ci ildə 3418; 2022-ci ildə 4082, 2023-cü ilin mart ayına qədər olan dövrdə isə 818 hal qeydə alınıb.
O ki qaldı odlu silahın uçotu müddətinin və ya uçotunun qaydalarının pozulması faktlarına, qeyd olunan müddətdə Daxili İşlər Nazirliyi tərəfindən 33 belə fakt qeydə alınıb.


