14 
Fev
2020
13:05
879

Giorgi Qaxaria Münxendə yüksək səviyyəli, iki tərəfli görüşlər keçirəcək

Gürcüstanın baş naziri Giorgi Qaxarianın başçılıq etdiyi Gürcüstan nümayəndə heyyəti Münxenin Təhlükəsizlik Konfransında iştirak edəcək.

InterPress.ge xəbər verir ki, işgüzar səfər çərçivəsində, ölkə başçısı Münxenin 56-cı Təhlükəsizlik konfransının açılış sesiyasında iştirak edəəck.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, konfrans çərçivəsində, Qaxaria yüksək səviyyəli, iki tərəfli görüşlər keçirəcək.

Konfransda müzakirə ediləcək mövzulardan biri “Qərbin daşıdığı məsuliyyətinin əhəmiyyəti” olacaq.

Həmçinin, koronavirus epidemiyası ilə bağlı diskussiyada Dünya Səhiyyə Təşkilatının prezidenti və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər.

Münxenin Təhlükəsizlik Konfransının təşkilatçılarının məlumatına görə, üç günlük müzakirədə 100-ə qədər ölkənin xarici işlər və müdafiyə nazirləti iştirak edəcəklər.

Bizimlə əlaqə saxlayın