29 
Iyn
2023
16:08
404

DİN narkotik cinayəti ilə bağlı 52 nəfəri tutub

Narkotik cinayətində ittiham olunaraq saxlanılanlar arasında qadınlar və bir azyaşlı var.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze bu gün keçirilən brifinqdə bildirib.

Teymuraz Kupatadzenin sözlərinə görə, Gürcüstan, Almaniya, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Nigeriya, Hindistan və İran vətəndaşları narkotik vasitələrin qeyri-qanuni alınması və saxlanması, satılması, satılmasına cəhd və Gürcüstana qeyri-qanuni gətirilməsində ittiham olunaraq tutulublar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 52 nəfər, o cümlədən 37-si narkotik alveri ilə məşğul olan şəxs tutulub.

Bizimlə əlaqə saxlayın