Poniçalada keçirilən xüsusi əməliyyat nəticəsində bir neçə nəfər tutulub
Poniçalada narkotik vasitələrin qanunsuz alınması-saxlanması-satılması ilə məşğul olan bir neçə nəfər tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis İdarəsinin narkotiklərin tranziti ilə mübarizə şöbəsinin rəisi Sandro Qulua açıqlama verib.
Onun məlumatına görə, saxlanılmalar hakimin qərarı əsasında həyata keçirilib.
“Polis tədbirləri ölkənin müxtəlif yerlərində - Qoridə, Kutaisidə və Tbilisidə keçirilir. Söhbət narkotik vasitələrin qanunsuz olaraq alınması-saxlanması-satılması faktlarından gedir. Poniçalada hakimin qərarı əsasında indiki mərhələdə bir neçə nəfər tutulub. Konkret kimin tutulduğu və işin digər təfərrüatları barədə sonra məlumat veriləcək”, - Qulua bildirib.
Məlumat üçün bildirək ki, səhər saatlarından ölkənin bir neçə yerində xüsusi əməliyyat keçirilir


