Rusiyanın Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 8-ə, yaralıların sayı isə 56-ya çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna KİV-i Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verib.
Onların məlumatına görə, ölənlər arasında üç uşaq da var.
“İyunun 28-də saat 07:00-da dağılmış kafe binasının xarabalıqları altından 8 nəfərin meyiti (3-ü uşaq) çıxarılıb, 56 nəfər (o cümlədən 1 uşaq) müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - qurumdan bildirilib.
Onların məlumatına görə, xilasedicilər dağılmış binanın xarabalıqlarını təmizləyirlər və insanların axtarışını davam etdirirlər.
Xatırladaq ki, ötən gün Rusiya qüvvələri Kramatorsk şəhərinin mərkəzinə raket hücumu həyata keçirib.
