27 
Iyn
2023
11:08
913

Oğru dünyasının üzvləri saxlanıldı

Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hakimin hökmü ilə əvvəllər məhkum olunmuş 3 nəfər tutulub.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

1972-ci il təvəllüdlü A.Ş. “oğru dünyasına üzv olmaq” 1995-ci il təvəllüdlü A.X. “oğru dünyasının üzvünə müraciət etmək”, 2004-cü il təvəllüdlü “Çukça” ləqəbli Q.Ş. isə “oğru dünyasının fəaliyyətinə dəstək verməkdə” ittiham olunur.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri, o cümlədən hakimin hökmü əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, “oğru aləminə üzv olmaq”, “oğru aləminə müraciət etmək” və “oğru dünyasına dəstək” ittihamı ilə saxlanılan şəxslər  münaqişələrin və ya maliyyə mübahisələrinin “oğru qaydaları” ilə həllində fəal iştirak ediblər.

Polis əməkdaşlarının apardıqları axtarış nəticəsində onların bir-biri ilə əlaqə saxladıqları mobil telefonlar sübut kimi götürülüb.

Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər