Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

423
Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb
Dinləmək üçün basın

“ Georgian Airways” Moskva və Tbilisi arasında birbaşa uçuşların qiymətini iki dəfə artırıb.

“Georgian Airways” Moskva və Tbilisi arasında birbaşa uçuşların qiymətini iki dəfə artırıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “Tass” məlumat verib.

Aviaşirkətdən verilən məlumata görə, biletlər bir ay əvvəllə müqayisədə iki dəfə bahalaşıb. İyulun 28-dən etibarən Moskva-Tbilisi reysinə birtərəfli biletin qiyməti təxminən 1000 dollar olacaq.

Bundan əlavə, ekonom-klass biletləri iyunun 30-dan təxminən 500 dollara başa gələcək ki, bu da Tbilisi ilə Moskva arasında birbaşa reyslərin bərpasından iki dəfə çoxdur.

Rusiyanın “Azimut” aviaşirkəti mayın 19-dan Moskva-Tbilisi reysini yerinə yetirir, “Georgian Airways” isə dörd ildən sonra Moskvaya ilk uçuşunu mayın 20-də həyata keçirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →