“Gürcüstanın Əczaçılar Assosiasiyası” “Sahibkarlıq fəaliyyətinə nəzarət haqqında” qanun layihəsinə baxılmasının dayandırılmasını tələb edir
“Gürcüstan Əczaçılar Assosiasiyası” Gürcüstanın “Sahibkarlıq fəaliyyətinə nəzarət haqqında” qanunda nəzərdə tutulan dəyişiklikləri mənfi qiymətləndirir və “mütəxəssislər və ekspertlər cəlb edilməklə qanun layihəsi hazırlanana qədər müzakirə edilməsinin dayandırılmasını tələb edir”.
InterPress.ge xəbər verir ki, Gürcüstan Əczaçılar Assosiasiyasının yaydığı bəyanatda qeyd olunub ki, planlaşdırılmış dəyişikliklərə ehtiyac yoxdur.
“Gürcüstan Əczaçılar Assosiasiyası” – akademik ictimaiyyətin, ekspertlərin, istehsalçıların, aptek və distribütor şəbəkələrin, sahənin digər nümayəndələrinin aparıcı birliyi Gürcüstanın “Sahibkarlıq fəaliyyətinə nəzarət haqqında” Qanununda nəzərdə tutulan dəyişikliklərə cavab verir.
Gürcüstanın “Sahibkarlıq fəaliyyətinə nəzarət haqqında” qanununa nəzərdə tutulan dəyişikliklərə əsasən, Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyinə sahibkarlıq fəaliyyətinə hakimin qərarı olmadan nəzarət etmək səlahiyyəti verilir.
Qeyd olunan dəyişikliklərlə nəzarət edən orqana öz mülahizəsinə əsasən, heç bir əsaslandırma olmadan və qeyd-şərtsiz, sahibkarın fəaliyyətinə istədiyi tezlikdə və həcmdə nəzarət etmək imkanı verilir ki, bu da azad sahibkarlığın və rəqabətin inkişafı imkanlarını məhdudlaşdırır.
Planlaşdırılan dəyişikliklərə ehtiyac yoxdur, çünki Gürcüstan qanunvericiliyi nəzarət orqanı 24 saat ərzində hakimə vəsatətlə müraciət etdikdə dərhal yoxlamaya başlamaq imkanını nəzərdə tutur. Eyni zamanda, vəsatəti təqdim edərkən nəzarətçi yoxlamaya təcili ehtiyac olduğunu əsaslandırmalıdır.
“Gürcüstan Əczaçılar Assosiasiyası” Gürcüstanın “Sahibkarlıq fəaliyyətinə nəzarət haqqında” qanunda nəzərdə tutulan dəyişiklikləri mənfi qiymətləndirir və “mütəxəssislər və ekspertlər cəlb edilməklə qanun layihəsi hazırlanana qədər müzakirə edilməsinin dayandırılmasını tələb edir”, - deyə bəyanatda qeyd olunub.


