Polis Tbilisi və bölgələrdə odlu silah-sursat götürdü - 12 nəfər tutuldu
Daxili İşlər Nazirliyinin Tbilisi, Kvemo Kartli, Sameqrelo-Zemo Svaneti, Quriya, Kaxeti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz silah və döyüş sursatı götürülüb - 12 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, polis tədbirləri nəticəsində çox sayda odlu silah, ağızlıq, patron və s. götrülüb.
Odlu silahın və döyüş sursatının qanunsuz alınması, saxlanması və gəzdirilməsi, narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə və 273-cü maddəsinə əsasən aparılır.
Cinayətlərə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


