23 
Iyl
2020
08:59
362

2020-ci ildə smartfonların 19%-i “5G” şəbəkələrini dəstəkləyəcək

Dünyada mobil qurğular üçün çip istehsal edən ən böyük yarımkeçirici istehsalçısı olan "Taiwan Semiconductor Manufacturing Company" "5G" smartfonlar seqmenti üzrə öz proqnozunu yaxşılaşdırıb. Eyni zamanda Tayvan şirkəti qlobal mobil telefon bazarında kəskin azalma gözləyir.

InterPress.ge bildirir ki, şirkətin bəyanatına görə, 2020-ci ildə istehsal edilmiş smartfonların təxminən 17-19%-i beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyəcək. Qlobal smartfonlar bazarının həcmi isə "COVID-19" koronavirus pandemiyasının nəticələrinə görə 11-13% azalacaq.

"Strategy Analytics" tədqiqat şirkətində işləyən mütəxəssislərin gözləntilərinə görə, 2020-ci ildə "COVID-19" pandemiyasının mənfi təsirinə görə qlobal mobil telefonların satış həcmi 17% azalacaq. Analitiklərin sözlərinə görə, bir sıra regionlarda beşinci nəsil şəbəkələrini dəstəkləyən aparatlara tələbat daha böyük olacaq. Söhbət, xüsusən Çin hakimiyyəti tərəfindən yeni standartın təşviq edildiyi Asiya-Sakit okean regionu ölkələrindən gedir. Lakin başqa regionlar, o cümlədən Qərbi Avropa "5G" qurğuların yayılması baxımından geri qalacaq.

Bizimlə əlaqə saxlayın