23 
Iyl
2020
00:02
1054

Temur Abazov proporsional seçki siyahısında yer alacaq - AÇIQLAMA

Marneuli bələdiyyəsinin keçmiş meri Temur Abazovun açıqlamasına görə Gürcü arzusu demokratik Gürcüstan partiyasının proporsional seçki siyahısında yer alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Temur Abazov bildirib.

"Gürcü arzusu liderləri tərəfindən təklif gəldi və qəbul edildi. Razılaşdım. Çox maraqlı iş olacaq, etiraz etmədim", - deyə Temur Abazov qeyd edib.

Onun bildirdiyinə görə siyahıda neçənci yerdə olacağına dair məlumatı yoxdur.

Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin meri seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

2019-cu ilin fevral ayında isə o, mer vəzifəsindən istefa verib.

Bizimlə əlaqə saxlayın