İyunun 22-23-də Şərqi Gürcüstanın əksər bölgələrində yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir, güclü külək ehtimal edilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Onların məlumatına görə, gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
