Gəlinini öldürməyə cəhd edən qayınata 17 il müddətinə azadlıqdan məhrum edildi
Kutaisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edərək, təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə, zorakılıq və hədə-qorxu ilə ailə üzvünü öldürməyə cəhddə təqsirli bilib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.
Məhkəmə prosesində sübut edilib ki, 2021-ci ilin sentyabrında Kutaisidə təqsirləndirilən şəxs gəlinini öldürməklə hədələyib və ona qarşı zorakılıq edib. Həmçinin, 2022-ci il oktyabrın 18-də təqsirləndirilən şəxs zərərçəkmişi öldürməyə cəhd edib, bu zaman ona bıçaqla xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi elə həmin gün yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 111-19, 109-cu maddələrinin “t”, “k”, “m” yarımbəndləri, 1261-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi və 111-151-ci maddəsinin 2-ci hissəsinin “d” yarımbəndi ilə ittiham olunub.
Kutaisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittihamlar üzrə təqsirli bilib və 17 il müddətinə azadlıqdan məhrum edib.


