Qeyri-qanuni yolla kredit alan şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən beş cinayət işi çərçivəsində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz kredit əldə etmə faktlarına görə 14 nəfər məsuliyyətə cəlb edilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qeyri-qanuni kredit əldə etmək məqsədilə Gürcüstanın müxtəlif kommersiya banklarında kredit ərizələri doldurublar, həmin ərizələrdə onların maliyyə vəziyyəti barədə yalan məlumatlar qeydə alınıb, habelə pul köçürmələri və iş yerləri haqqında yalan məlumatlar təqdim ediblər və qeyri-qanuni yollarla cəmi 400.000 larini mənimsəyiblər.
Məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 2 ildən 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 208-ci maddəsinin birinci hissəsi ilə aparılır.


